Rusiyada sutka ərzində koronavirusdan ölüm sayında növbəti rekord qeydə alınıb

Rusiyada sutka ərzində koronavirusdan ölüm sayında növbəti rekord qeydə alınıb
# 06 iyul 2021 12:11 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 378 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların 5 658 672 nəfərə çatıb.

Son sutka ərzində 737 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayanda sutka ərzində vəfat sayında rekord rəqəmdir.

Koronavirusdan ölənlərin sayı 139 316 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR