Rusiyada sutkalıq COVID-19-a yoluxma və ölüm sayında yeni rekord qeydə alınıb

Rusiyada sutkalıq COVID-19-a yoluxma və ölüm sayında yeni rekord qeydə alınıb
# 15 oktyabr 2021 13:05 (UTC +04:00)

Rusiyada sutkalıq yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və ölüm sayında yeni rekord qeydə alınıb.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada son sutka ərzində daha 32 196 nəfər COVID-19-a yoluxub.

COVID-19-a yoluxanların sayı 7 925 176 nəfərə çatıb.

Son sutka ərzində 999 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 221 213 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR