Rusiyada tarixi binada yanğın olub - VİDEO

Rusiyada tarixi binada yanğın olub - VİDEO
# 01 iyun 2021 07:10 (UTC +04:00)

Rusiyanın Tambov bölgəsində Mədəni İrs Obyektlərini Qoruması Departamentində qeydiyyatda olan tarixi tikilidə yanğın baş verib.

APA TASS-a istinadən xəbər verir ki, yanğın məşhur memar Teofil Sverçevskiyə məxsus malikanədə qeydə alınıb.

Binanın 200 kvadratmetri yanıb. Yanğının söndürülməsi 4 saatdan çox vaxt aparıb.

Qeyd edək ki, Lermontovskaya 22 ünvanında yerləşən malikanə 20-ci əsrin əvvəllərində tikilib və memarlıq abidəsi statusuna malikdir.

Hazırda bina şəhər rəhbərliyinə məxsusdur.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR