İtkin düşmüş Ka-27 vertolyotunun qalıqları Kamçatkada Ostroy dağının yamacında tapılıb.
Rusiyanın Kamçatka yarımadasında rabitə əlaqəsinin kəsildiyi “Ka-27” vertolyotunun qalıqları tapılıb.
APA xəbər verir ki, bu barədə Kamçatkada Aviasiya xidmətlərindən bildirilib.
Qəzaya uğramış vertolyotun hissələri Elizovski dairəsinin Sosnovka kəndindən 5 km aralıda Ostroy dağının yamacında aşkarlanıb.
Hələlik ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.
İlkin məlumatlara görə, vertolyot Rusiya FTB-yə məxsusdur,
***
23 sentyabr, saat 23:18
Rusiyanın Kamçatka yarımadasında təlim uçuşu zamanı “Ka-27” vertolyotu ilə əlaqə kəsilib.
APA xəbər verir ki, bu barədə Rusiya Təcili yardım xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.
“Vertolyotun göyərtəsində 4 ekipaj üzvü olub. Ekipaj Kamçatka vaxtı ilə saat 5.30-da efirə çıxmalı idi. Lakin onlarla əlaqə saxlamaq mümkün olmayıb”, deyə xidmətin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, 1970-ci illərdə SSRİ-də istehsal olunan “Ka-27” vertolyotunun təyinatı sualtı gəmilərə qarşı nəzərdə tutulub.