Rusiyada təyyarə qəzasında ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada təyyarə qəzasında ölənlərin sayı 9 nəfərə çatıb - <span class="red_color">YENİLƏNİB
# 19 iyun 2021 11:23 (UTC +04:00)

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 9-a çatıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, həlak olanlardan ikisi ekipaj üzvüdür.


 

***

09:23

Rusiyada "L-410" təyyarəsinin qəzaya uğramasının səbəbi məlum olub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, təyyarənin mühərriklərindən birində problem yaranıb.

Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.

 

***

08:57

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə dörd nəfər ölüb, onlardan ikisi pilotdur.

Hadisə zamanı, həmçinin 15 nəfər xəsarət alıb.

Məlumata görə, bu, Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.

Təcili tibbi yardım xidmətinin sonradan verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR