Rusiyada ticarət mərkəzində travmatik tapançadan atəş açan şəxs saxlanılıb

Rusiyada ticarət mərkəzində travmatik tapançadan atəş açan şəxs saxlanılıb
# 26 sentyabr 2021 04:34 (UTC +04:00)

Rusiyanın Soçi şəhərinin "Moremall" ticarət mərkəzində travmatik tapançadan məişət zəminində baş verən münaqişə nəticəsində havaya atəş açan şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Həmin gün ticarət mərkəzində silahdan havaya atəş açan 22 yaşlı Soçi sakini ilə mübahisə edən şəxs də polis tərəfindən saxlanılıb.

Hazırda hadisə nəticəsində ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR