Rusiyada uşaq və onu xilas etmək istəyən iki nəfər dənizdə batıb, daha üç nəfər axtarılır

Rusiyada uşaq və onu xilas etmək istəyən iki nəfər dənizdə batıb, daha üç nəfər axtarılır
# 05 iyul 2021 15:14 (UTC +04:00)

Rusiyanın Anapa şəhərində 3 nəfər dənizdə batıb.

APA-nın RİA Novsoti agentliyinə istinadən verdiyi xəbərə görə, Krasnodar Diyarı Prokurorluğundan bildirilib ki, dənizdə çimən uşaq batmaq təhlükəsi ilə üzləşib.

Uşağın atası, atasının dostu və ətrafdakı 3 nəfər onu xilas etmək üçün dənizə atılıb.

Uşaq, atası və atasının dostu axınla bacara bilməyib və batıb, digər 3 nəfərin isə axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR