Rusiyada yeni kosmik teleskop üçün 2 milyard rubldan çox vəsait ayrılıb

Yerin kosmosdan görünüşü

© APA | Yerin kosmosdan görünüşü

# 08 iyun 2021 04:29 (UTC +04:00)

Rusiya hökuməti “Roskosmos”a 2 milyard rubldan çox vəsait ayırıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Dövlət satınalmaların saytında məlumat yerləşdirilib.

Məqsəd Rusiyanın "Spektr-M" astrofizik kosmik rəsədxanasının yaradılmasından ibarətdir.

Bildirilib ki, kosmik teleskop və elmi avadanlıqların istehsalı və sınağına 2,2 milyard rubl xərclənəcək.

Yeni rəsədxana kompleksinin inşasının 2025-ci ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR