Rusiyada zəncirvari yol qəzasında 24 nəfər yaralanıb

Rusiyada zəncirvari yol qəzasında 24 nəfər yaralanıb
# 17 oktyabr 2021 03:17 (UTC +04:00)

Rusiyanın Nijni Novqorod vilayətində 24 nəfərin yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Moskva rayonunun Meçnikov küçəsində qeydə alınıb. “QazEL” markalı yük avtomobili ilə iki sərnişin avtobusu toqquşub.

Qəza zamanı iki avtobusda ümumilikdə 50 sərnişin olub.

Sosial şəbəkələrdə yaralılardan birinin öldüyü bildirilsə də rəsmi təsdiqini tapmayıb.

Yaralılardan 12 nəfəri “Semaşko” xəstəxanasında həkim nəzarətindədir. Onlardan ikisinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR