Rusiyalı səfir Anatoli Antonov ABŞ-a qayıdıb

Anatoli Antonov, Rusiyanın ABŞ-dakı səfiri

© APA | Anatoli Antonov, Rusiyanın ABŞ-dakı səfiri

# 20 iyun 2021 22:27 (UTC +04:00)

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov təxminən üç ay Moskvada qaldıqdan sonra bu gün ABŞ-a qayıdıb.

APA TASS-a istinadən xəbər verir ki, onun olduğu təyyarə Nyu-Yorkun Con Kennedi hava limanına enib. Səfir müntəzəm reyslə uçub.

Səfir Antonovu rusiyalı diplomatlar qarşılayıb və səfirlik maşını ilə Vaşinqtona yollanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya rəhbərliyinin Amerikadakı seçkilərə müdaxilə etmək istədiyini və bunun “əvəzini ödəməli olduğunu” bildirdikdən sonra Rusiya-ABŞ münasibətləri pozulmuşdu. Bundan başqa, Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putini “qatil” hesab edib-etməməsi barədə verilən suala müsbət cavablandırmışdı.

Bundan sonra A.Antonov məsləhətləşmələr üçün martın 21-də Moskvaya çağırılmışdı. ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan da məsləhətləşmələr üçün aprelin 22-də Vaşinqtona geri dönmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR