Rusiyanın Amur vilayətinin davada xəsarət alan naziri ölüb

Aleksandr Kurdyukov, Rusiyanın Amur vilayətinin rəqəmsal inkişaf və rabitə naziri

© APA | Aleksandr Kurdyukov, Rusiyanın Amur vilayətinin rəqəmsal inkişaf və rabitə naziri

# 25 iyul 2021 10:28 (UTC +04:00)

Rusiyanın Amur vilayətinin rəqəmsal inkişaf və rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Amur vilayətinin qubernatoru Vasiliy Orlov A. Kurdyukovun ötən gecə vəfat etdiyini bildirib.

Qeyd edək ki, A. Kurdyukov ötən həftə Berloqa” turizm bazasında davada iştirak etmiş, daha sonra da aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR