Rusiyanın fövqəladə hallar naziri ilə yanaşı, xilas etmək istədiyi tanınmış rejissor da həlak olub - YENİLƏNİB

Yengeni Ziniçev

© APA | Yengeni Ziniçev

# 08 sentyabr 2021 15:24 (UTC +04:00)

Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) nazir, ordu generalı Yevgeni Ziniçevin ölümü ilə bağlı təfərrüatları açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiyanın fövqəladə hallar naziri Norilskdə tanınmış kinorejissor Aleksandr Melnikin həyatını xilas edərkən həlak olub.

Belə ki, Aleksandr Melnik Şimal dəniz yolu və Arktikanın inkişafına həsr olunmuş, özünün yeni sənədli filminin çəkilişlərinə yer seçimi üçün Norilskə gəlib.

TASS-ın əldə etdiyi məlumata görə, A. Melnik də həyatını itirib.

***

saat 14:39

Rusiya fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümünün təfərrüatları məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya FHN rəhbərinin faciəvi şəkildə həlak olmasının təfərrüatları barədə “Rossiya Seqodnya” və “Russia today”in baş redaktoru Marqarita Simonyan öz Telegram-kanalında yazıb.

M.Simonyanın yazdığına görə, Ziniçev sürüşərək suya düşən operatoru xilas etmək üçün suya atılıb, lakin daşın üzərinə çırpılıb.

M.Simonyan suya düşən operatorun da həlak olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR