Rusiyanın Kamçatka diyarında təyyarənin qəzaya uğradığı yerdə 19 nəfərin meyiti tapılıb - YENİLƏNİB-1

Rusiyanın Kamçatka diyarında təyyarənin qəzaya uğradığı yerdə 19 nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
# 07 iyul 2021 13:26 (UTC +04:00)

Rusiyanın Kamçatka diyarında An-26 tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə daha on nəfərin meyiti tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə xilasetmə xidmətindən bildirilib.

Bununla da, tapılan meyitlərin sayı on doqquza çatıb.

Meyitlərin əksəriyyəti tanınmaz halda olduğu üçün genetik ekspertiza tələb olunur.

Bildirilib ki, təyyarədə ümumilikdə 28 nəfər olub. Onlardan altısı ekipaj üzvü, ikisi uşaqdır. Qəza zamanı sağ qalan olmayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***

10.23

Rusiyanın Kamçatka bölgəsində An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə 9 nəfərin meyiti tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, xilasetmə xidmətindən bildirilib ki, indiyədək doqquz nəfərini meyitinin tapıldığı təsdiqlənib.

Bir müddət əvvəl xəbər verilmişdi ki, xilasedicilər meyitləri sudan çıxarmağa başlayıb.

İyulun 6-da göyərtəsində 28 nəfər olan An-26 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Petropavlovsk-Kamçatkadan Palana qəsəbəsinə uçan təyyarə enişə keçən zaman radarlardan itib. Təyyarənin əsas hissələrinin qalıqları dənizdə tapılıb. Qəza nəticəsində təyyarədəkilərdən sağ qalan olmayıb.

İlkin ehtimala görə, təyyarə enişə keçən zaman təpəyə çırpılıb.

***

04.28

Rusiyanın Kamçatka yarımadasında “An-26” tipli təyyarənin qəzaya uğraması nəticəsində ölənlərdən altısının cəsədi tapılıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə təcili tibbi yardım xidmətindən bildirilib.

“Bəli, altı cəsəd var”, - mənbə belə deyib.

Petropavlovsk-Kamçatka şəhərindən uçan təyyarə Palana qəsəbəsindən doqquz kilometr aralıqda eniş zolağına yanaşması üçün manevr edərkən qəzaya uğrayıb.

Təyyarədə 28 nəfər olub: altı ekipaj üzvü və biri uşaq olmaqla 22 sərnişin. İlkin məlumatlara görə, onların hamısı ölüb.

Kamçatkada təyyarə qəzası ilə əlaqədar matəm elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR