Saakaşvilinin şəxsi həkimi onun vəziyyətinin kəskin pisləşdiyini deyib

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 10 oktyabr 2021 23:42 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin vəziyyəti 10 günlük aclıq aksiyasından sonra kəskin pisləşib, onun hərəkət etməsi və danışması çətinləşib və dərhal xəstəxanaya yerləşdirilməsi lazımdır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.

“Onun vəziyyəti pisləşib, gəzməkdə çətinlik çəkir, çətinliklə danışır. Onun icazəsi ilə sizə xəbər verirəm ki, Saakaşvilidə qan xəstəliyi var – talassemiya. Bu, ölümcül xəstəlik deyil, ancaq ona ac qalmaq qəti şəkildə olmaz. Sabah onunla görüşəcəyəm və düşünürəm ki, xəstəxanaya köçürəcəyik”, - deyə Kipşidze “Mtavari Arkhi” telekanalının efirində bildirib..

Həkim əlavə edib ki, son iki gündə Saakaşvilinin vəziyyəti kəskin pisləşib.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o, hazırda Rustavi şəhər həbsxanasındadır. Gürcüstanda onun adı bir neçə cinayət işində hallandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR