Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu keçirilir - FOTO

Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu keçirilir - FOTO
# 03 iyun 2021 10:22 (UTC +04:00)

Rusiyanın şimal paytaxtında XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu öz işinə başlayıb.

APA-nın Sankt-Peterburqa ezam olunmuş xüsusi müxbirinin xəbərinə görə, pandemiya səbəbindən ötən il keçirilməsi təxirə salınan dünyanın aparıcı tədbirlərindən sayılan forum bir illik fasilədən sonra biznes dairələrinin təması üçün yenidən start götürüb.

“Yenidən birlikdə. Yeni reallığın iqtisadiyyatı” devizi altında keçirilən Sankt-Peterbuq Beynəlxalq İqtisadiyyat Forumu pandemiya dövründə “oflayn” formatda keçirilən ilk nəhəng beynəlxalq tədbirdir.

Forum koronavirus infeksiyasına görə bir sıra məhdudiyyətlərlə keçirilir. Budəfəki tədbirə 5000 min nəfərdən çox olmayan iştirakçı sayı və bütün forum iştirakçılarının məcburi koronavirus testindən keçməsi kimi məhdudiyyətlər tətbiq olunub. Belə ki, Ekspo Mərkəzində keçirilən forumda iştirak üçün təkcə akkreditasiya kömək etmir. Tədbirdə iştirak etməkdən ötrü azı bir gün əvvəldən PCR testi vermək lazımdır. Test verməyən və ya testi pozitiv çıxan iştirakçının tədbirdə iştirak etməsi mümkün deyil. Forum çərçivəsində 130-dan çox ekspert müzakirələrinin keçirilməsi planlaşdırılır. Forumun böyük plenar iclası isə iyunun 4-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR