Səfir: “Rusiya sərhədçilərinin Sünik və Qeqarkunik bölgələrində yerləşdirilməsi imkanları müzakirə olunur”

Səfir: “Rusiya sərhədçilərinin Sünik və Qeqarkunik bölgələrində yerləşdirilməsi imkanları müzakirə olunur”
# 07 iyul 2021 14:35 (UTC +04:00)

Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd Sünik və Qeqarkunik bölgələrində yerləşdirilməsi imkanları tərəflər arasında müzakirə olunur.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Armavirdə "Rusiya mərkəzi"nin açılışında jurnalistlərə deyib.

Səfir bildirib ki, Ermənistanın Azərbaycanla sərhəd Sünik bölgəsində Rusiya sərhədçilərinin postları var: “Onlar vəziyyətin sakit və stabil olmasına töhfə verirlər. Rusiya sərhədçilərinin mövcudluğunun genişləndirilməsi üçün müzakirələr aparılır. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizliyi, sərhəddə sabitliyin təmin olunması və üçtərəfli formatda qəbul edilmiş razılaşmaların reallaşması maraqlarına uyğun müəyyən olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR