Serj Sarkisyanın qardaşı oğlu 5 il yarım müddətinə həbs cəzasına məhkum edilib

Narek Sarkisyan

© APA | Narek Sarkisyan

# 16 iyun 2021 13:20 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beş il yarım müddətinə həbs cəzasına məhkum edilib.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, müvafiq hökm hakim Vahe Misakyan tərəfindən verilib.

Məhkəmə bildirib ki, N.Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınaraq, o, 3 il 6 ay həbsdə qalacaq.

Qeyd edək ki, N.Sarkisyana qarşı cinayət işi 2018-ci ildə açılıb və o axtarışa verilib.

Keçmiş prezidentin qardaşı oğlu qanunsuz silah saxlama, narkotik ticarəti və adam qaçırmaqda günahlandırılır.

2018-ci ilin dekabrında N.Sarkisyan Praqada tapılıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub və 2019-cu ilin dekabrında o, Ermənistana ekstradisiya olunub.


N.Sarkisyan ona qarşı irəli sürülən ittihamlara görə özünü təqsirli bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR