Şoyqu: "Rusiya ordusunda müasir silahların həcmi ilin sonuna kimi 71,6%-ə çatacaq"

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 25 iyun 2021 19:15 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrində müasir silahların həcmi bu ilin sonuna kimi 71,6 faizə çatacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, ordu və donanmaya silahların və texnikanın göndərilməsinin maliyyələşməsi artan templə gedir və Silahlı Qüvvələrdəki müasir silah nümunələrinin həcmi 2021-ci ilin sonuna kimi 71,6 faizə çatacaq: “Hazırda dövlət sifarişlərinin göstəriciləri ötən illə müqayisədə yüksəkdir və 95 faiz təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR