Şoyqu: "Rusiyaya qarşı "dərin iş" gedir"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu

© APA | Rusiyanın müdafiə naziri Sergey Şoyqu

# 28 avqust 2021 00:03 (UTC +04:00)

"Rusiyaya qarşı "dərin iş" gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Şoyqu anti-Rusiya təbliğatı mərkəzlərinin yaradıldığı şəhərləri də açıqlayıb. Onun sözlərinə görə, bu mərkəzlər Riqa, Tallin, Varşava və Helsinkidir: "Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı "dərin işlər" aparılır, Kalininqraddan Kamçatkaya qədər... Rusiyanın bir müdafiə sistemi qurması lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR