Suriyada partlayıcı qurğunun işə düşməsi nəticəsində rus əsgəri ölüb

Suriyada partlayıcı qurğunun işə düşməsi nəticəsində rus əsgəri ölüb
# 10 sentyabr 2021 03:14 (UTC +04:00)

Suriyada humanitar yardım karvanının getdiyi yolda partlayış nəticəsində rus əsgəri həyatını itirib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sentyabrın 9-da Homs əyalətində baş verib. Rusiya hərbi polisi tərəfindən humanitar karvanın marşrut xətti müəyyən edilərkən yolun kənarına quraşdırılmış partlayıcı qurğu işə salınıb.

Partlayış nəticəsində avtomobildə olan rus hərbçi ağır yaralanıb. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR