Tacikistanda zəlzələ olub, 5 nəfər ölüb

Tacikistanda zəlzələ olub, 5 nəfər ölüb
# 10 iyul 2021 10:20 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 07.14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.

Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR