Tatarıstanda beşmərtəbəli binada güclü partlayış olub, ölən və yaralılar var - VİDEO

Tatarıstanda beşmərtəbəli binada güclü partlayış olub, ölən və yaralılar var - VİDEO
# 26 oktyabr 2021 02:18 (UTC +04:00)

Rusiyanın Tatarıstan Respublikasında beşmərtəbəli binanın 4-cü mərtəbəsində qaz sızması nəticəsində güclü partlayış baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Naberejnıe Çelnı şəhərində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində mənzil yarasız vəziyyətə düşüb. Ümumilikdə 6 mənzil dağıdılıb.

Dördə nəfər - 2004 və 2010-cu il təvəllüdlü qardaşlar, 1951-ci il təvəllüdlü kişi və 1999-cu il təvəllüdlü qız ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 1999-cu il təvəllüdlü qızın həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR