Ukraynanın Luqansk vilayətində şaxtada qəza olub, 9 nəfər ölüb

Ukraynanın Luqansk vilayətində şaxtada qəza olub, 9 nəfər ölüb
# 07 sentyabr 2021 12:00 (UTC +04:00)

Ukraynanın separatçıların nəzarətində olan Luqansk vilayətində şaxtada qəza olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Sverdlovsk rayonundakı “Qırmızı partizan” şaxtasında qəza nəticəsində 9 şaxtaçı ölüb, 19-u müxtəlif dərəcəli xəsarətlər alıb.

Meyitlər mədəndən çıxarılıb, xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR