Vyaçeslav Volodin yenidən Rusiya Dövlət Dumasının sədri seçilib

Vyaçeslav Volodin

© APA | Vyaçeslav Volodin

# 12 oktyabr 2021 13:17 (UTC +04:00)

Bu gün VIII çağırış Rusiya Dövlət Dumasının ilk iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Vyaçeslav Volodin ilk plenar iclasda səkkizinci çağırış Rusiya Dövlət Dumasının sədri seçilib.

Qeyd edək ki, V. Volodin VII çağırış Rusiya Dövlət Dumasının sədri olub.

Xatırladaq ki, Rusiyada sentyabrın 19-da Dövlət Dumasına seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyası seçkilərdə hakim “Vahid Rusiya” partiyasının qalib gəldiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR