Yaltada daşqın nəticəsində xəsarət alanların sayı artıb

Yaltada daşqın nəticəsində xəsarət alanların sayı artıb
# 23 iyun 2021 03:19 (UTC +04:00)

Yaltada daşqın nəticəsində xəsarət alanların sayı 54 nəfərə çatıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Yanina Pavlenko açıqlama verib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 49 nəfərin xəsarət aldığı, bir nəfərin öldüyü, bir qadının itkin düşdüyü bildirilmişdi.

“54 nəfər tibbi yardım üçün müraciət etdi. Altı nəfər xəstəxanada qaldı, 48 nəfərə ambulator yardım göstərildi. Onların sağlamlıqları üçün ciddi xəsarətləri yoxdur”, - deyə Y.Pavlenko operativ qərargahının iclasında qeyd edib.

Onun sözlərinə görə, bir qadın itkin düşmüş kimi siyahıya alınıb. Onun axtarışı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR