Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı artıb

Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı artıb
# 19 iyun 2021 03:13 (UTC +04:00)

Yaltada daşqınlar səbəbindən xəsarət alanların sayı 11 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Yanina Pavlenko bildirib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 8 nəfərin xəsarət aldığı, bir nəfərin öldüyü deyilirdi.

Bundan başqa, administrasiya rəhbəri şəhərdə əksəriyyəti özəl sektora aid olan 70-dən çox evin su altında qaldığını qeyd edib. 300-dən çox insan su basmış ərazilərdən təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR