Zelenski ABŞ-ı Ukraynadakı mövcudluğunu genişləndirməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski

© APA | Ukrayna prezidenti Vladimir Zelenski

# 13 sentyabr 2021 02:11 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi Vaşinqtondan alınan yardımın miqdarı baxımından Ukraynanı Əfqanıstanla müqayisə etməməyə çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Zelenski “CNN” telekanalına müsahibəsində deyib.

“Düşünmürəm ki, Ukrayna ilə Əfqanıstanı müqayisə edə bilərik. Biz Əfqanıstan qədər ABŞ-dan asılı deyilik. Hesab edirəm ki, Ukrayna kimi coğrafi baxımdan böyük bir ölkəni dörd, beş, yeddi gündə ələ keçirmək mümkün deyil”, - deyə Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynadan çıxması barədə söhbət getmir, üstəlik Vaşinqtonun Ukraynada öz mövcudluğunu artırması ilə bağlı zərurət var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR