Anar: "Çox istərdim ki, şair-yazıçılarımız Şuşanı ziyarət etsinlər"

Anar: "Çox istərdim ki, şair-yazıçılarımız Şuşanı ziyarət etsinlər"
# 12 aprel 2021 16:56 (UTC +04:00)

"Yazıçıların Qarabağa səfərinin təşkil edilməsini istərdim".

APA-nın məlumatına görə bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Bədii Şuranın yeni tərkibdə ilk iclasında Xalq yazıçısı Anar deyib.

O, yazıçıların da iştirak etdiyi bir qrupla televiziya işçilərinin Şuşaya səfərinin təşkilini arzuladığını bildirib: "Qarabağa səfərlə bağlı ziyalıların təklifi olsa da hələ ki, cavab gözləyirik. İmkan varsa, belə bir səfər təşkil olunsun. Çox istərdim ki, şair-yazıçılarımız Şuşanı ziyarət etsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR