Anar Kərimov Böyük Britaniyanın səfiri ilə videokonfrans formatında görüşüb

Anar Kərimov Böyük Britaniyanın səfiri ilə videokonfrans formatında görüşüb
# 02 oktyabr 2020 13:07 (UTC +04:00)

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Samr Şah ilə videokonfrans formatında görüş keçirib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud mədəni əlaqələr müzakirə olunub və bu əlaqələrin inkişafında hər iki tərəfin maraqlı olması qeyd edilib.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının Azərbaycanda həyata keçirdiyi müxtəlif mədəni layihələr bərədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkədə mədəni siyasətinin inkişafına, yaradıcı sənayelər sahəsində araşdırma işlərinin aparılmasına Britaniya Şurası tərəfindən verilən texniki dəstək yüksək qiymətləndirilib.

Sonda A.Kərimov Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edərək, görüş iştiraklarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR