Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi dəyişib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi dəyişib
# 24 sentyabr 2020 11:50 (UTC +04:00)

Elçin Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi vəzifəsindən çıxıb.

Bu barədə APA-ya özü məlumat verib.

O, bildirib ki, işdən ayrılmağının səbəbi vaxt məhdudiyyəti və elmi və pedaqoji fəaliyyətinə daha çox diqqət ayırmaq istəyi ilə bağlıdır. O, ADMİU-dakı fəaliyyətini Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcəyini vurğulayıb. E. Cəfərov mətbuat katibi vəzifəsində Şəhanə Müşfiqin çalışacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR