Azərbaycan Yazıçılar Birliyi Kann Festivalına və Fransa səfirliyinə bəyanat ünvanlayıb

Azərbaycan Yazıçılar Birliyi Kann Festivalına və Fransa səfirliyinə bəyanat ünvanlayıb
# 25 iyun 2020 14:35 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyi (AYB) Kann Film Festivalına və Fransanın Azərbaycandakı səfirliyinə bəyanat ünvanlayıb.

APA-nın məlumatına görə, bəyanatda deyilir:

"Biz hər zaman qeyd-şərtsiz söz azadlığı və yaradıcılıq sərbəstliyi uğrunda çıxış etmişik. Lakin biz inanırıq ki, hər hansı bir əsər millətlər arasında münaqişələrin dərinləşməsinə səbəb ola bilməz və olmamalıdır. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Nora Martirosyanın “Əgər külək əsərsə” (Si le vent tombe) filminin Kann festivalının proqramına daxil edilməsi xalqlar arasında mövcud olan dostluq münasibətlərinə zərbə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda çəkilmiş bu film münaqişə haqqında həqiqətləri tamamilə təhrif edir, separatçılığın təbliğinə və təcavüzünə əsaslanan status kvo-nun möhkəmlənməsinə xidmət edir.

Diqqətinizə çatdırırıq ki, beynəlxalq ictimaiyyət, o cümlədən Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və müvafiq olaraq qondarma “Dağlıq Qarabağı” tanımır. Azərbaycan torpaqlarını işğal edən Ermənistan özü belə bu qondarma “qurumu” tanımır. Belə bir filmin festivalın proqramına daxil edilməsi nəinki xalqlarımız arasında dostluğa vurulan zərbədir, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə, Fransanın ənənəvi siyasətinə ziddi. Biz, Kann festivalı kimi mötəbər bir tribundan Ermənistanın işğalçı siyasətinə dəstək üçün istifadə edilməsinə qəti etiramızı bildiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR