Bakıda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib

Bakıda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib
# 13 dekabr 2019 19:43 (UTC +04:00)

Bu gün Hindistan səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib.

APA-nın məlumatına görə, təqdimatda Hindistan mətbəxi, milli musiqi alətləri və ştatlarından görüntülər nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna ölkəsinin məhsullarının Azərbaycanda populyarlığına diqqət çəkib: “Çox məmnunam ki, burada Hindistan çayı, düyü və ədviyyatlarına böyük rəğbət, maraq var. Təbii ki, bu maraq ölkəmizin Azərbaycanda kifayət qədər tanınmasına xidmət edir”.

Tədbirdə həmçinin Hindistanın turizm bölgələrindən görüntüləri əks etdirən videoçarx göstərilib. Hindistan musiqi alətləri ilə yanaşı, milli rəqsləri də nümayiş etdirilib.

Səfir Bavitlunq Vanlalvavna qeyd edib ki, bu cür tədbirlərin daha çox keçirilməsinə çalışacaq: “Hindistan mədəniyyətinin, xüsusilə filmlərinin Azərbaycandakı məşhurluğundan xəbərdaram. Lakin Hindistan mədəniyyətini bütövlükdə tanıtmaqda maraqlıyıq. Hindistandakı Azərbaycan səfirliyi ilə də birlikdə iki ölkənin qarşılıqlı inteqrasiyasına çalışırıq. Son zamanlar Azərbaycanda hindistanlı turistlərin sayı sevindirici şəkildə artıb. Bənzər sayda Azərbaycanlı turisti ölkəmizdə görməkdən çox şad olarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR