Bakıda "Moskva-Bakı-mədəniyyətlər dialoqu" adlı konfrans keçirilib

Bakıda "Moskva-Bakı-mədəniyyətlər dialoqu" adlı konfrans keçirilib
# 24 yanvar 2020 16:04 (UTC +04:00)

Yanvarın 24-də Bakıda "Moskva-Bakı-mədəniyyətlər dialoqu" adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, "Tass" Agentliyinin direktor müavini Mixail Qusman, Rusiyanın Xarici İşlər naziri mətbuat katibi Mariya Zaxarova, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdko, Azərbaycan və Rusiyanın hökumət və dövlət nümayəndələri, eləcə də mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransın açılışında çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən təsis olunan Bakı prosesinin müxtəlif formalarda öz işini davam etdirirdiyini bildirib. O, "Moskva-Bakı-mədəniyyətlər dialoqu"nun mədəni əlaqələrin inkişafına böyük töhfə verəcəyini diqqətə çatdırıb: "Həmçinin biz konfransın Mixail Qusmanın yubileyinə təsadüf etməsinə çox şadıq. Bildirmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə M.Qusman "Şərəf" ordeni ilə təltif edilib. Bu orden münasibətilə bir daha bütün qonaqlar adından M.Qusmanı təbrik edirik".

Sonra "Tass" Agentliyinin direktor müavini Mixail Qusman çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, Azərbaycan xalqının hər zaman sülhsevər və qonarpərvər olduğunu diqqətə çatdıraraq Rusiya və Azərbaycan arasında əlaqələrin hər zaman yükdək səviyyədə olduğunu vurğulayıb".

Konfrans çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR