Efiopiyada keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirilib

Efiopiyada keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirilib
# 26 noyabr 2019 11:48 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Efiopiyadakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Avropa Film Festivalı" çərçivəsində Əddis-Əbəbə şəhərində yerləşən "VAMDAS" kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" bədii filmi təqdim olunub.

Bu barədə APA-ya Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Təqdimatda çıxış edən səfir Elman Abdullayev Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri ilə yanaşı, ilk respublikamızın qurulması proseslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu filmin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

İzləyicilərin böyük marağına səbəb olan filmin nümayişində Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların və Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR