Gələn il türk dünyasında “Abay Kunanbayev ili” elan edilib

Gələn il türk dünyasında “Abay Kunanbayev ili” elan edilib
# 03 dekabr 2019 10:50 (UTC +04:00)

Türk dünyasında 2020-ci il “Abay Kunanbayev ili” elan edilib.

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 37-ci iclasında qərar verilib.

Qeyd edək ki, TÜRKSOY-un bu cür layihələri türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edərək milli dəyərlərin inteqrasiyasını təmin edir.

Qeyd edək ki, qazax şairi, yazıçısı, ictimai xadim Abay Kunanbayev müasir qazax yazılı ədəbiyyatının banisi sayılır. Gələn il onun anadan olmasının 175 illiyi qeyd olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR