Həsən Həsənov Kembric Universitetində çıxış edəcək

Həsən Həsənov Kembric Universitetində çıxış edəcək
# 15 aprel 2021 16:25 (UTC +04:00)

Aprelin 23-də azərbaycanlı alim Həsən Həsənov Kembric Universiteti və Kembric Universitetinin Mərkəzi Asiya Forumu tərəfindən təşkil edilən “Novruz ənənəsi: Azərbaycanın tarixi perspektivi” adlı tədbirdə çıxış edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir Britaniyadakı koronavirus məhdudiyyətləri ilə əlaqədar videokonfrans formatında keçiriləcək.

Maraqlananlar bu linkdən qeydiyyatdan keçib, konfransı izləyə bilərlər:

https://cam-ac-uk.zoom.us/meeting/register/tJ0pc-qopz8jGtPoI_quHKmO2aESqK4jR2Px

Qeyd edək ki, H. Həsənov 1992-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi vəzifəsini icra edib. O, 1993-1998-ci illər arasında Azərbaycan Respublikasının xarici işlər naziri olub. H. Həsənov 2004-2021-ci illərdə Azərbaycanın Macarıstanda və Polşadakı səfiri kimi fəaliyyət göstərib. H. Həsənov akademik araşdırmalarla məşğuldur, tarix elmləri doktorudur. H. Həsənov “Birinci respublikaya aparan yolda” kimi bir neçə tarixi monoqrafiya və akademik tədqiqatların, həmçinin Novruz bayramı və zərdüştilik mövzusunda bir sıra nəşrlərin müəllifidir. Onun araşdırmaları Azərbaycan, Gürcüstan, Rusiya, Macarıstan, Polşa, Almaniya və İtaliyada yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR