MM-də Vətən Müharibəsi ilə bağlı çəkilən filmlərin və yazılan əsərlərin vergidən azad edilməsi təklif olunub

MM-də Vətən Müharibəsi ilə bağlı çəkilən filmlərin və yazılan əsərlərin vergidən azad edilməsi təklif olunub
# 29 dekabr 2020 12:20 (UTC +04:00)

“Hazırda apteklərlə bağlı müəyyən problemlər var, insanlar dərman ala bilmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası, 44 günlük müharibənin nəticəsi uzun müddət davam edəcək: "Təklif edirəm ki, bu səpkidə yazılan kitablar, çəkilən filmlər, ümumiyyətlə, oradakı igidlərin qəhrəmanlıqları ilə bağlı ortaya çıxarılan əsərlər də vergidən azad edilsin”.

Deputat bildirib ki, keçmişdə ümumilli lider, Prezident haqqında yazılan hansısa kitab mütləq yoxlanılırdı, dəqiqləşdirilirdi: “Təbii ki, hər kəsin yazmaq hüququ var. Amma bu müharibə ilə bağlı yazılanlar çox ciddi şəkildə araşdırılmalıdır. Xatırlayıram, vaxtında Xocalı ilə bağlı bizə düzgün məlumatların verilməməsi ermənilərə şərait yaratdı. Onlar bu boşluqdan istifadə etdilər. Ona görə indi 44 günlük müharibə ilə bağlı yazılan əsərlərin yoxlanılması Milli Məclisdə yaradılan bir komissiya tərəfindən həyata keçirilə də bilər. Bunlar çox vacib məsələlərdir. Xaricə tərcümə edilən bu əsərlər sonradan bizim əleyhimizə yönəlməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR