Mədəniyyət Nazirliyi “Evim – yeni iş yerim” layihəsinə başlayıb

Mədəniyyət Nazirliyi “Evim – yeni iş yerim” layihəsinə başlayıb
# 14 aprel 2020 15:49 (UTC +04:00)

Xüsusi karantin dövründə Mədəniyyət Nazirliyi “Evim – yeni iş yerim” layihəsinə start verib.

APA-nın məlumatına görə, layihənin məqsədi insanların ev şəraitində öz işlərini qurmasına, məsafədən idarəçiliyin metodları barədə təbliğat, maarifləndirmə işləri aparmaqla mövcud şəraitdə hər kəsi pozitiv əhval ruhiyyəyə səsləmək, ümid və optimizə dəstək olmaqdır.

Layihə çərçivəsində ilkin olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan idarə və təşkilatların iş prinsipi, əldə etdikləri nailiyyətlər video rolik formasında nazirliyin rəsmi “Facebook” səhifəsində #evimyeniişyerim həştəqi ilə nümayiş etdiriləcək.

Eyni zamanda təşəbbüslə bağlı ictimaiyyətin nümayəndələrini, müxtəlif təşkilat və şəxsləri işlərini karantin rejimində necə qurmaları ilə bağlı videolarını hazırlamağa və sosial şəbəkələrdə #evimyeniişyerim həştəqi ilə paylaşmağa dəvət edilir.

Öz fəaliyyətlərini ən innovativ yeniliklərlə quran, habelə paylaşılan videosu ən çox baxış sayı alan şəxslər, təşkilatlar 25-30 may tarixlərində aparılacaq onlayn monitorinqlərdən sonra mükafatlandırılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR