Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
# 05 dekabr 2019 11:23 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən dekabrın 17-i, saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev Saatlı rayon Mədəniyyət Mərkəzində (Saatlı şəhər, Heydər Əliyev prospekti, 127) Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

APA-nın məlumatına görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7) Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.

Dekabrın 24-ü, saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhər Heydər Əliyev Mərkəzində (Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 8 ) Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR