Mədəniyyət nazirinin birinci müavini Şirvan şəhərində vətəndaşlarla görüşüb

Mədəniyyət nazirinin birinci müavini Şirvan şəhərində vətəndaşlarla görüşüb
# 24 dekabr 2019 15:37 (UTC +04:00)

Dekabrın 24-də Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhərində vətəndaşlarla görüşüb.

APA-nın Mədəniyyət Nazirliyininə istinadən verdiyi məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar tərəfindən Heydər Əliyev Mərkəzinin əməkdaşlarının ixtisasartırma kurslarına və təcrübə mübadiləsinə göndərilməsi, Şirvan şəhər Mərkəzi Kitabxanasına uşaq ədəbiyyatının verilməsi, Şirvan Dövlət Rəsm Qalereyasının fondunun yenilənməsi, şəhər Uşaq musiqi məktəbində saz və kanon siniflərinin açılması, Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın yenidən qurulmasına köməklik göstərilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Vətəndaşlar tərəfindən səsləndirilən bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR