Nardarandakı tarixi Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb

Nardarandakı tarixi Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb
# 07 sentyabr 2020 15:32 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə məişət tullantıları ilə zibilləndirilmiş Hacı Abbas hamamında təmizlik işlərinə başlayıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Abidənin içərisi və ətrafı zibildən təmizlənir.

Nardaran qəsəbəsində yerləşən, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tarixi tikili dəfələrlə zibildən təmizlənsə də, eyni hallar yenidən təkrarlanıb.

Sakinlər abidəni zibilləndirmələrini yaxınlıqda zibil qutularının olmaması ilə izah edirlər. Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR