Anar Kərimov: “Biz sübut etdik ki, sülh quruculuğu üçün Azərbaycan öz dəstəyini əsirgəmir”

Anar Kərimov

© APA | Anar Kərimov

# 23 iyun 2021 17:21 (UTC +04:00)

“Biz bu forumları formal forum olaraq görmürük, məhz dialoqu, insanlar arasında kommunikasiyaya faydalı olaraq gördüyümüz üçün təşkil edirik və faydasını da görürük”.

APA-nın məlumata görə, bunu “Mədəniyyət naminə sülh” layihəsinin təqdimatında mədəniyyət naziri Anar Kərimov deyib.

O, gələcəkdə də bu forumları davam etdirmək istədiklərini bildirib: “Alyansla əməkdaşlığımız təkcə bu forumla məhdudlaşmır. Bizim alyansla birlikdə digər layihələrimiz də olub. Biz keçirdiyimiz layihələrlə sübut etdik ki, sülh quruculuğu üçün Azərbaycan öz dəstəyini əsirgəmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR