Anar Kərimov İtaliya səfiri ilə görüşüb

Anar Kərimov İtaliyanın Azərbaycandakı səfiri ilə

© APA | Anar Kərimov İtaliyanın Azərbaycandakı səfiri ilə

# 08 oktyabr 2021 18:19 (UTC +04:00)

Oktyabrın 8-də mədəniyyət naziri Anar Kərimov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüş keçirib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, A.Kərimov Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğulayıb.

Nazir iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrə diqqət çəkib, bu zəmində mədəni əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini qeyd edib.

Görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verilib, müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində İtaliya təcrübəsinin öyrənilməsi və birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir K.Taffuri Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyib, səfir kimi çalışacağı müddət ərzində ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün səylərini əsirgəməyəcini bildirib. İki ölkə arasında gələcək inkişaf perspektivlərindən danışan diplomat bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR