Anar Kərimov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Anar Kərimov, Peter Siyyarto

© APA | Anar Kərimov, Peter Siyyarto

# 17 sentyabr 2021 14:40 (UTC +04:00)

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Anar Kərimov "Twitter"də qeyd edib.

Görüş Özbəkistanın Xivə şəhərində TÜRKSOY-un nazirlər toplantısı çərçivəsində baş tutub.

"Mədəni irsin bərpası, tədqiqatçılar proqramı, şəhərlərin qardaşlaşması da daxil olmaqla ikitərəfli mədəni gündəmimiz barədə yaxşı fikir mübadiləsi apardıq", - mədəniyyət naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR