Anar Kərimov: “Nizami Gəncəvidən qalan dəyərlər Azərbaycan dövləti və xalqı tərəfindən yaşadılır”

Anar Kərimov

© APA | Anar Kərimov

# 24 noyabr 2021 10:46 (UTC +04:00)

"Biz bu tədbirlərlə göstərmək istəyirik ki, Nizami Gəncəvinin mirasına Azərbaycan xalqı sahib çıxır".

APA-nın məlumatına görə, bunu “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” adlı Beynəlxalq Forumda çıxış edən mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, 2021-ci il Cənab Prezident tərəfindən “Nizami ili” elan edilib: “Biz çox sevinirik ki, il ərzində təkcə Bakıda yox, ölkəmizin regionlarında Nizami yaradıcılığına aid müxtəlif tədbirlər keçirilib. 15 noyabrdan etibarən isə Nizami festivalına start verilib. Bu forum da həm festivalın, həm də Nizami ilinin yekun tədbiridir”.

Nazir Forumda iştirak edən qonaqlara təşəkkürünü bildirib: “Nizami bizim üçün təkcə mütəfəkkir yox, həm də körpü rolunu oynayır. Onun bizə qoyduğu miras mədəniyyətləri yaxınlaşdıran vasitə olub. Biz çox sevinirik ki, Nizami Gəncəvidən qalan dəyərlər Azərbaycan dövləti və xalqı tərəfindən yaşadılır”.

A.Kərimov Nizami Gəncəvinin bütün türk dünyasının yaradıcı adamlarının ilham mənbəyi olduğunu qeyd edib: “Şərqdə Xosrov Pəhləvinin, Əlişir Nəvainin, Qərbdən Şekspir, Dante kimi şəxsiyyətlərin adını çəkə bilərəm ki, onlar Nizamidən ilhamlanıb. Biz Nizamini bir neçə vasitə ilə təbliğ edirik. Bu forumun məqsədi Nizami yaradıcılığının tədqiq edilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR