Anar Kərimov: "Şuşa TÜRKSOY-un mədəniyyət paytaxtı olacaq"

Mədəniyyət naziri Anar Kərimov

© APA | Mədəniyyət naziri Anar Kərimov

# 24 noyabr 2021 16:26 (UTC +04:00)

"Şuşa TÜRKSOY-un mədəniyyət paytaxtı olacaq".

APA-nın məlumatına görə, bunu "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

"Əslində, bu xəbər TÜRKSOY toplantısında elan ediləcək. Ancaq mən xəbəri qabaqlayaraq demək istəyirəm ki, Şuşa 2023-cu ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan ediləcək. Bütün türkdilli qardaşlarımızın iştiraki ilə tədbirlər keçiriləcək", -deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR