Anar Kərimov Xorvatiyada səfərdədir

Anar Kərimov

© APA | Anar Kərimov

# 25 oktyabr 2021 16:04 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Xorvatiyaya səfərə gedib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Zaqrebdə keçiriləcək ikinci iclasında iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibinə aidiyyəti qurumların təmsilçiləri daxildir.

Birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri mədəniyyət naziri Anar Kərimov, Xorvatiya tərəfinin həmsədri bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricdir.

Səfər çərçivəsində nazir Anar Kərimovun Xorvatiyanın paytaxtında bir sıra görüşləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR