Anar Kərimov: “Yoxlamalar aparılır, bundan sonra da aparılacaq, məqsədimiz nöqsanları aradan qaldırmaqdır”

Anar Kərimov, mədəniyyət naziri

© APA | Anar Kərimov, mədəniyyət naziri

# 18 sentyabr 2021 12:46 (UTC +04:00)

“Yoxlamalar aparılır və bundan sonra da aparılacaq”.

Bunu APA-ya açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.
A. Kərimov deyib ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifə mədəniyyət sahəsindəki nöqsanları aşkar etmək və aradan qaldırmaqdır: “İslahatlarda əsas istiqamət də mədəniyyət sahəsinə yeni bir idarəetmə sistemi formalaşdırmaq, şəffaflığı, cavabdehlik məsuliyyətini təmin etməkdir. Pandemiya dövrü olduğuna görə tədbirləri istədiyimiz kimi tez həyata keçirə bilmirik. Buna baxmayaraq, əzmkar, qətiyyətliyik. Məqsədimiz nöqsanları aradan qaldırmaqdır ”.
Mədəniyyət naziri regionlarda, kəndlərdə mədəniyyət evlərinin fəaliyyətinin aktivləşdiriləcəyini söyləyib: “Məqsədimiz mədəniyyətimizi regionlarda təbliğ etməkdir. Biz mədəniyyətimizi nə qədər təbliğ etsək, əcdadlarımızdan qalan mirasa sahib çıxsaq, mədəniyyətimiz o qədər güclü olacaq. Bunun üçün də ən gözəl vasitə mədəniyyət müəssisələrimiz, teatrlarımız, muzeylərimiz, klublarımız, mədəniyyət mərkəzlərimizdir. Bu sahədə nöqsanların aradan qaldırılması üçün araşdırmalara başlamışıq. Təbii ki, bəzi binalar yarasızdır, təmir olunmalıdır. Söhbət təkcə təmirdən də getmir, həmin mədəniyyət müəssisələrimizə məzmun da gəlməlidir. Biz də buna çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR