Anar Kərimov Yunanıstan səfiri ilə görüşüb

Anar Kərimov Yunanıstanın ölkəmizdəki səfiri ilə görüşüb

© APA | Anar Kərimov Yunanıstanın ölkəmizdəki səfiri ilə görüşüb

# 25 noyabr 2021 18:36 (UTC +04:00)

Noyabrın 25-də mədəniyyət naziri Anar Kərimov Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqos ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, səfiri səmimi salamlayan nazir Anar Kərimov ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında birgə fəaliyyətin əhəmiyyətini qeyd edən nazir qarşılıqlı maraq kəsb edən sahələrin müəyyənləşdirilməsi, konkret layihələrə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsi, kinematoqrafiya, arxeologiya, ölkəmizdə xüsusilə işğaldan azad edilmiş ərazilərdə mədəni abidələrin bərpası, qurumlararası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir Nikolaos Piperiqos qəbula görə təşəkkür edərək, ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə müəyyən edilən istiqamətlər üzrə fəaliyyət planlarının tərtib edilməsi, hər iki ölkədə müvafiq sahələrdə qurumlar arasında birbaşa əməkdaşlığın təşviq edilməsi və digər bu kimi həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini səsləndirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR