“Avroviziya -2021” mahnı müsabiqəsinin növbəti  finalçıları seçilib - YENİLƏNİB

Azərbaycanı “Avroviziya -2021” mahnı müsabiqəsində təmsil edən Samira Efendi

© APA | Azərbaycanı “Avroviziya -2021” mahnı müsabiqəsində təmsil edən Samira Efendi

# 21 may 2021 01:12 (UTC +04:00)

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.

APA-nın məlumatına görə, 10 ölkə təmsilçisinin ifası finala vəsiqə qazanıb.

İkinci yarımfinalda ümumilikdə 17 ölkə arasından Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın təmsilçiləri ifaları ilə seçilərək finala adlayıblar.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Qeyd edək ki, ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsinin finalında “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edəcək. Mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Birinci yarımfinal mayın 18-də təşkil olunub və Samira Efendinin ifası finala vəsiqə qazanıb.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

***

23:00

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilir.

APA-nın məlumatına görə, bugünkü yarımfinalda San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka finala keçmək uğrunda mübarizə aparacaqlar.

İslandiyanı təmsil edən "Daði og Gagnamagnið” qrupunun bir üzvü koronavirusa yoluxduğu üçün ikinci yarımfinalda yer almayacaq, onun məşq görüntüləri efirdə yayımlanacaq.

Qeyd edək ki, ilk yarımfinal mayın 18-də keçirilib və Azərbaycan finala vəsiqə qazanıb. Ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edir. Təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR